Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq işlər üzrə nazir müavini Kazım Qəribabadi çərşənbə günü axşam (16 aprel) "Xəbər" kanalına verdiyi xüsusi müsahibədə İran və ABŞ arasında Omanın paytaxtı Maskatda keçirilən dolayı danışıqların birinci raundu və bu danışıqların ikinci raundunun aprelin 19-u, şənbə günü keçiriləcək perspektivləri barədə ətraflı izahat verib.
Danışıqların birinci raundunun təfərrüatlarını izah edən Qəribabadi bildirib: "Danışıqların birinci raundu təbii olaraq tərəflərin bir-birini ilkin qiymətləndirməsi məqsədi ilə aparılıb; hər iki tərəfin dialoqa ciddi yanaşıb-yanaşmaması və anlaşmaya yönəlmiş danışıqların mümkün olub-olmaması dəyərləndirilir. Tərəflər də bu mərhələdə öz əsas mövqelərini və prinsiplərini bir-biri ilə bölüşüblər.
O, əlavə edib: “Hazırkı mərhələdə iki tərəf arasında əsas və əsaslı fikir ayrılıqları olmadığı üçün, dolayı yolla aparılsa da, danışıqlar üç saatdan az vaxt ərzində başa çatdı”.
Xarici işlər nazirinin müavini bəyan edib: İran İslam Respublikası ciddi dialoq və danışıqlara hazırdır. Bu o deməkdir ki, bizim danışıqlara girişimiz sırf taktiki baxımdan deyil.
Qəribabadi İranın nüvə məsələlərindən başqa danışıqlar üçün heç bir məsələsinin olmadığını vurğulayaraq belə izah edib: “Yəni, nüvə sahəsindən kənar məsələlər İran İslam Respublikasının gündəmində deyil və əsas etibarilə “digər məsələlər” adı altında danışıqlar üçün heç bir şey müəyyən edilməyib".
O, İranda uranın zənginləşdirilməsi sənayesinin vəziyyəti və əhəmiyyətini vurğulayaraq əlavə edib: Bu, inkişafı üçün şəhid verdiyimiz sənayedir və ondan heç vaxt danışıqlarda sövdələşmə vasitəsi kimi istifadə edilə bilməz. Qarşı tərəfi narahat edən məsələ İranın nüvə proqramının hərbiləşdirilməsidirsə, bu məsələdə danışıqlar aparmaq və müzakirə etmək olar. Amma onların məqsədi nüvə sənayesini, xüsusilə uranın zənginləşdirilməsini tamamilə dayandırmaqdırsa, belə bir tələb nə məntiqlidir, nə də danışıqların mövzusu ola bilər.
Sizin rəyiniz